Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 13.07.2024 02:21
İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian bildirib ki, rəsmi Tehran Rusiya və Çinlə dostluğa böyük dəyər verir.
APA xəbər verir ki, bu barədə Pezeşkianın “Tehran Tayms” qəzetində dərc edilən dünya ictimaiyyətinə müraciətində deyilir.
Onun sözlərinə görə, Rusiya İranın dəyərli strateji müttəfiqi və onun administrasiyası iki ölkə arasında əməkdaşlığı genişləndirməyə və gücləndirməyə davam edəcək.
“Çin və Rusiya çətin zamanlarımızda həmişə bizə dəstək olublar. Biz bu dostluğu çox yüksək qiymətləndiririk”, = dövlət başçısı vurğulayıb.