Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 13.07.2024 03:24
Nigeriyada məktəb binasının dərs zamanı uçması nəticəsində 21 şagird ölüb, 69 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
Bildirilib ki, hadisə yerində xilasetmə qrupları və hərbçilər işləyir.
Ümumilikdə məktəbdə min şagird təhsil alır.