Ermənistanın keçmiş nazir müavini hökuməti məhkəməyə verib

Tarix: 13.07.2024 17:10

Ermənistanın ətraf mühit nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.

APA-nın xəbərinə görə, bu barədə məlumat adıçəkilən ölkənin mətbuatında yayılıb.

O, məhkəmədən vəzifəsinə bərpa olunmasını və işdən çıxarıldığı andan ötən müddət üçün təzminat verilməsini tələb edib.

Q. Qabrielyan martın 24-də baş nazir Nikol Paşinyanın sərəncamı ilə işdən çıxarılıb.

Xəbər Lenti