Bayden Trampla telefon danışığı aparıb

Tarix: 14.07.2024 06:55

ABŞ prezidenti demokrat Co Bayden qarşıdan gələn noyabr seçkilərindəki rəqibi, Pensilvaniyada seçki kampaniyası zamanı açılan atəş nəticəsində yaralanan Respublikaçı Donald Trampla şənbə günü axşam telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat xidmətindən məlumat verilib. Məlumatda həmçinin Baydenin Pensilvaniya qubernatoru Coş Şapiro və Butler şəhərinin meri Bob Dendoy ilə də danışdığı bildirilir.

Ağ Evdən verilən açıqlamada söhbətin təfərrüatları ilə bağlı heç bir açıqlama verilməyib.

Xəbər Lenti