KİV: İsrail ordusunun Qəzzanın mərkəzində məktəb binasına endirdiyi zərbələr nəticəsində azı 20 nəfər həlak olub

Tarix: 14.07.2024 18:08

İsrail qüvvələrinin Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsindəki məktəb binasına endirdiyi zərbələr nəticəsində ən azı 20 fələstinli həlak olub.

APA xəbər verir ki, bu məlumatı “Əl-Qahirə əl-İxbariyyə” telekanalı yayıb.

Məlumata görə, əksəriyyəti qadın və yeniyetmələrdən ibarət onlarla insan yaralanıb.

Binası İsrail ordusu tərəfindən vurulan məktəbə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi nəzarət edir.

Onun ərazisində Qəzzanın digər bölgələrindən didərgin düşmüş yüzlərlə fələstinli var idi.

Xəbər Lenti