Peşə məktəbləri, kolleclər və ali məktəblərdə vahid geyim tələblərinin tətbiqi nəzərdə tutulmur

Peşə məktəbləri, kolleclər və ali məktəblərdə vahid geyim tələblərinin tətbiqi nəzərdə tutulmur

Tarix: 02 Nov 2026 13:15

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində vahid geyim tələblərinin tətbiqi məsələsinə münasibət bildirilib.

Bu barədə APA-ya müsahibəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov fikirlərini bölüşüb.

O qeyd edib ki, hazırda söhbət konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün müəyyən edilmiş geyim Qaydalarından gedir:

"Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur".

Elm və Təhsil Nazirliyi Firudin Qurbanov

Mənbə: apa.az

Xəbər Lenti