Bazar ertəsi, 2 Noyabr, 2026
Tarix: 02 Nov 2026 20:47
Yəməndəki “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının dərinliklərində pilotsuz uçuş aparatları ilə əməliyyat həyata keçirib.
APA xəbər verir ki, bunu husilərin hərbi qanadının sözçüsü Yahya Səriyə açıqlayıb.
O bildirib ki, son 48 saat ərzində hərəkatın Silahlı Qüvvələri iki mərhələdə iki dronla Dammam hava limanını hədəfə alıb.
Onun sözlərinə görə, əməliyyat uğurla nəticələnib və hava limanında uçuşların dayandırılmasına səbəb olub.
Yəmən husi Səudiyyə Ərəbistanı DəmmamMənbə: apa.az