Bazar ertəsi, 2 Noyabr, 2026
Tarix: 02 Nov 2026 15:51
Azərbaycan Respublikası Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin layihələrinə dair rəylərini təsdiqləyib.
"APA-Economics" xəbər verir ki, bu məsələ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasında müzakirə olunub.
İclasda ilk olaraq 2027-ci il dövlət büdcəsinin layihəsinə dair Hesablama Palatasının rəyi müzakirə edilib.
Bildirilib ki, rəy dövlət büdcəsi haqqında qanun layihəsinin və onunla birlikdə təqdim olunan sənədlərin qanunvericiliyə uyğunluğunun, büdcənin gəlir və xərc proqnozlarının, eləcə də büdcə kəsiri üzrə göstəricilərin düzgünlüyünün və tamlığının qiymətləndirilməsini əhatə edir.
Müzakirələrdən sonra rəyin təsdiq edilərək Milli Məclisə təqdim olunması barədə qərar qəbul edilib.
Kollegiya iclasında daha sonra Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsinə dair rəy müzakirəyə çıxarılıb. Aparılmış təhlillərin nəticələri və irəli sürülən tövsiyələr nəzərdən keçirildikdən sonra həmin rəyin də təsdiq edilərək Milli Məclisə göndərilməsi qərara alınıb.
Rahim Tarıverdiyev dövlət büdcəsi layihə Hesablama Palatası rəyMənbə: apa.az