Pakistanda 5 bal gücündə zəlzələ baş verib

Tarix: 15.07.2024 03:32

Pakistanda 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 236 min nəfər əhalisi olan Dera Qazi Xan şəhərindən 137 km qərbdə, 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Xəbər Lenti