Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 16.07.2024 02:25
Almaniyanın Bavariya əyalətində təlimə gedən bir tankı magistral yola atəş açıb.
APA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Sursatın təlim üçün nəzərdə tutulan boş mərmilərdən ibarət olduğu bildirilir. Mərminin gilizi magistral yolla hərəkət edən bir avtomobilin üzərinə düşüb.
Hadisə zamanı ölən və yaralananlar olmadığı bildirilir. Hadisənin səbəbləri araşdırılır.