Bu il proaktiv qaydada birdəfəlik müavinət verilən uşaqların sayı açıqlanıb

Bu il proaktiv qaydada birdəfəlik müavinət verilən uşaqların sayı açıqlanıb

Tarix: 04 Nov 2026 10:17

2026-cı ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 72 655 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, müavinət ödənişləri 34 038 nəfər qız, 38 617 nəfər oğlan uşağına görə aparılıb.

Günay Elşən DSMF müavinət

Mənbə: apa.az

Xəbər Lenti