Çərşənbə, 4 Noyabr, 2026
Tarix: 04 Nov 2026 11:04
Məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq və ailələrə dəstək mərkəzlərinin saxlanılması, eləcə də bir sıra dövlət proqramlarının icrasının təmin edilməsi xərcləri üçün 2027-ci ilin dövlət büdcəsində 4,7 milyon manat vəsait nəzərdə tutulub.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Həmçinin qeyd edilib ki, 2027-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinde olan uşaq və ailələrə dəstək mərkəzinin fəaliyyəti üçün 0,4 milyon manat vəsait nəzərdə tutulub.
Layihəyə əsasən, 2027-ci il üçün sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri) üçün dövlət büdcəsi xərclərinin 44,2 faizi və ya 18733,4 milyon manat məbləğində vəsait proqnozlaşdırılır ki, bu da 2026-cı illə müqayisədə 1582,1 milyon manat və ya 9,2 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 3478,9 milyon manat və ya 2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz bəndi, mütləq ifadədə isə 4394,3 milyon manat və ya 30,6 faiz artıb.
Günay Elşən büdcə məişət zorakılığı insan alveri erkən nikahMənbə: apa.az