Gələn il beynəlxalq idman yarışlarında iştirak və idman tədbirləri üçün 3,5 milyon manat xərclənəcək

Gələn il beynəlxalq idman yarışlarında iştirak və idman tədbirləri üçün 3,5 milyon manat xərclənəcək

Tarix: 04 Nov 2026 11:05

2027-ci ildə Milli Paralimpiya Komitəsinin, Milli Abilimpiya Federasiyasının, Azərbaycan Respublikası Deflimpiya Komitəsinin və Xüsusi Olimpiya Komitəsinin idman komandalarının müxtəlif idman tədbirlərinin keçirilməsi və həmin idman komandalarının beynəlxalq yarışlarda iştirakı və beynəlxalq idman tədbirlərinə hazırlıq və digər təşkilatı işlərinin maliyyə təminatı üçün 3,5 milyon manat vəsait proqnozlaşdırılıb.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, bu, 2026-cı illə müqayisədə 0,6 milyon manat və ya 20,7 faiz çoxdur.

Günay Elşən büdcə beynəlxalq idman yarışları

Mənbə: apa.az

Xəbər Lenti