Çərşənbə, 4 Noyabr, 2026
Tarix: 04 Nov 2026 14:08
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası müvafiq gündəliyin təsdiqlənəcəyi təqdirdə, Ermənistana qarşı təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi məsələsini müzakirə edə bilər.
APA xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalaibek Masadıkov bu gün Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı 25-ci maddənin tətbiqi ilə bağlı qərar layihəsi hazırlayıb.
Masadıkov bunu Ermənistanın üzvlük haqları və son üç ildə təşkilatın fəaliyyətində iştirak etməməsi ilə əlaqələndirib.
Baş katib bildirib ki, məsələ noyabrın 10-da keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil edilərsə, müzakirə olunacaq. Yekun qərar üzv dövlətlərin liderlərinin iclasından sonra məlum olacaq.
Qeyd edək ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə olan borcunu ödəmədikdə, onun təşkilat orqanlarında səsvermə hüququ dayandırıla və vətəndaşlarının kvota vəzifələrinə namizədliyini irəli sürmək hüququ məhdudlaşdırıla bilər.
İlqar Xudiyev KTMT Ermənistan RusiyaMənbə: apa.az