"Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanılıb - YENİLƏNİB

"Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanılıb - YENİLƏNİB

Tarix: 04 Nov 2026 14:52

Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanılıb.

“Sputnik Armenia”nın məlumatına görə, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Karapetyanı evinin arxa qapısından aparıblar.

Qeyd edək ki, noyabrın 4-də səhər saatlarından etibarən Samvel Karapetyanın və “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış keçirilir.

***

09:56

Ermənistan İstintaq Komitəsi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, müxalif “Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyanın və onun qardaşı oğlu, parlament deputatı, “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparır.

APA “İnterfaks”a istinadən xəbər verir ki, Güclü Ermənistan” Partiyasının mətbuat katibi Aqavni Sukiasyan sosial şəbəkə hesabında bildirib ki, axtarışlar noyabrın 4-də səhər saatlarından başlayıb.

“Bu gün səhər tezdən Ermənistan İstintaq Komitəsinin müstəntiqləri Samvel Karapetyan və Narek Karapetyanın evlərində axtarışlar aparırlar. Axtarışlar Karapetyanlar ailəsi ilə əlaqəli digər ünvanlarda da həyata keçirilir”, – o qeyd edib.

İlqar Xudiyev

Mənbə: apa.az

Xəbər Lenti