İsrailin Qəzzaya hücumları nəticəsində daha bir jurnalist vəfat edib

Tarix: 16.07.2024 19:21

İsrailin Qəzzaya hücumları nəticəsində daha bir jurnalist həyatını itirib.

APA TRT Haber-ə istinadən xəbər verir ki, hökumətin Qəzzadakı media ofisindən verilən açıqlamada bununla bağlı məlumat yayılıb.

Bildirilib ki, Səvt əl-Əqsa radiosunun proqram rəhbəri, jurnalist Məhəmməd Abdullah Mişmiş şəhid olub.

Açıqlamada Qəzzaya hücumların başladığı gündən həyatını itirən jurnalistlərin sayının 160-a çatdığı bildirilib. Lakin Məhəmməd Abdullah Mişmişin hansı hücumda öldüyü ilə bağlı məlumat verilməyib.

Xəbər Lenti