Tramp Çindən gələn mallara rüsum tətbiq etmək niyyətindədir

Tramp Çindən gələn mallara rüsum tətbiq etmək niyyətindədir

Tarix: 17 Jul 2024 02:53

Donald Tramp bildirib ki, prezident seçiləcəyi təqdirdə Çin və digər ölkələrdən gələn məhsullara rüsumları artırmaq niyyətindədir.

APA xəbər verir ki, ABŞ-nin sabiq prezidenti bunu “Bloomberg”-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Çin mallarına 60 faizdən 100 faizə qədər tariflər tətbiq etməklə yanaşı, digər ölkələrdən idxal olunan mallara da ümumi 10 faizlik rüsum tətbiq etmək lazımdır.

Mənbə: apa.az

Xəbər Lenti