Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib

Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib

Tarix: 05 Nov 2026 19:36

Avropanın bir sıra ölkələrində bomba təhdidləri səbəbindən azı 11 aviareysin hərəkətində fasilələr yaranıb.

“Associated Press”-in məlumatına görə, bir neçə sərnişin təyyarəsi istiqamətini dəyişərək başqa hava limanlarına yönləndirilib və ya məcburi eniş edib.

Bomba təhdidləri ilə əlaqədar Dublin, Kopenhagen, Helsinki, Madrid, Milan və Varşavadan həyata keçirilən reyslər də daxil olmaqla bir sıra uçuşlar təsirlənib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, təyyarələrdə aparılan yoxlamalar zamanı partlayıcı qurğular aşkarlanmayıb. Təhdidlərin mənbəyi və onların arxasında kimin dayandığı hələlik məlum deyil.

Hadisələrlə bağlı Avropa ölkələrinin müvafiq təhlükəsizlik və aviasiya qurumları araşdırma aparır.

İlqar Xudiyev aviareyslər bomba təhdidi

Mənbə: apa.az

Xəbər Lenti