Fransada etiraz aksiyalarına 250 mindən çox insan qatılıb

Fransada etiraz aksiyalarına 250 mindən çox insan qatılıb

Tarix: 05 Nov 2026 19:05

Bu gün Fransanın bir sıra şəhərlərində maaşların artırılması tələbi ilə keçirilən kütləvi etiraz aksiyalarında 250 mindən çox insan iştirak edib.

Bu barədə “Le Figaro” qəzeti Həmkarlar ittifaqlarına istinadən məlumat yayıb.

Aksiyaların iştirakçıları maaşların artırılmasını tələb edərək hökuməti konkret addımlar atmağa çağırıblar.

Fransanın Ümumi Əmək Konfederasiyasının Baş katibi Sofi Bine Parisdə keçirilən yürüşdən əvvəl hökumətə xəbərdarlıq edib: “Mesajımız belədir: bizi heç nə dayandıra bilməz. Səfərbərliyə yalnız tələblərimizə veriləcək cavab son qoya bilər. Hökumət nə qədər çox gözləsə, bunun bədəli bir o qədər yüksək olacaq”.

İlqar Xudiyev Fransa etiraz aksiyaları maaş artımı tələbi

Mənbə: apa.az

Xəbər Lenti