- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 17.07.2024 13:45
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 iyun 2024-cü il tarixinə investisiya portfelinin 69,2%-ni ABŞ dolları təşkil edib (31 mart 2022-ci il tarixinə bu göstərici 69,5% olub – red.). Bu da ilin birinci rübünün göstəricisi ilə müqayisədə 0,3 faiz bəndi azdır.
"APA-Economics"in Neft Fondunun 2023-cü ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2023-cü il 30 iyun tarixinə avro ARDNF-in investisiya portfelinin 19,5%-ni, funt sterlinq 5%-ni, Çin yuanı – 1,4%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 3,5%-ni təşkil edib.
Məlumata görə, Fondun ABŞ dolları portfelinin 8 574,6mln. dollarlıq hissəsini (14,8%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 57 931,5 mln. dollara çatıb.