Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Tarix: 29 Oct 2026 08:47

Oktyabrın 29-da təmir-quraşdırma işləri ilə əlaqədar Bakının Sabunçu və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Ramana qəsəbəsinin bəzi ərazilərində və Ümid qəsəbəsində, həmçinin Nəsimi rayonunun N. Yusifbəyli, Novruzov qardaşları, A. Səhhət, Mərdanov qardaşları və M. Sənani küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Emil İsmayılov Bakı qaz təchizatı

Mənbə: apa.az

Xəbər Lenti