Ağstafada bir ailənin üç üzvü zəhərlənib - YENİLƏNİB

Ağstafada bir ailənin üç üzvü zəhərlənib - YENİLƏNİB

Tarix: 06 Nov 2026 18:38

Noyabrın 6-da saat 13:10 radələrində 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın qərb bürosuna TƏBİB-dən məlumat verilib.

"Onlara zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsində davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.

***

17.20

Ağstafada zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri olan bir ailənin 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Ağstafa zəhərlənmə

Mənbə: apa.az

Xəbər Lenti