Gəncədə QHT-lərin Əməkdaşlıq Forumu keçirilib - FOTO - YENİLƏNİB

Gəncədə QHT-lərin Əməkdaşlıq Forumu keçirilib - FOTO - YENİLƏNİB

Tarix: 06 Nov 2026 18:30

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva çıxışında bildirib ki, forumun əsas məqsədi görülmüş işlərin hesabatını vermək, həm də qarşıdakı dövrün çağırışlarını müəyyənləşdirməkdir.

Onun sözlərinə görə, agentlik ötən forumdan sonra 21 dövlət proqramı üzrə nəzərdə tutulan 113 tapşırığın icrasında 98,63 faiz nəticə əldə edib.

A.Əliyeva bu dövdə QHT-lərlə birgə sektorun inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Bildirilib ki, gələn il Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) məşvərətçi statusuna malik QHT-lərinin forumunun keçirilməsi planlaşdırılır, İslam Əməkdaşlıq Təşkilatı, Asiya və Avropa arasında əməkdaşlıq formatı (ASEM) və Mərkəzi Asiya istiqamətində əlaqələrin inkişafı da nəzərdə tutulur.

Daha sonra forum çərçivəsində panel müzakirələr keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.

Forum işini bədii proqramla yekunlaşdırıb.

***

10.03

Zəfər günü ərəfəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş forumda 400 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisinin iştirakı planlaşdırılır.

Forum çərçivəsində “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları”, “Azərbaycan QHT-ləri milli maraqların keşiyində”, “WUF13 irsi QHT təşəbbüslərində” adlı panel müzakirələri təşkil olunacaq.Forumdan öncə noyabrın 5-də heyət Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, Gəncə Memorial Kompleksi ilə tanış olacaq. Daha sonra vətəndaş cəmiyyəti təmsilçiləri QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və Partlamamış Hərbi Sursatlar Probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibi olan Futbolun İnkişaf Fondunun “Amputant futbol turnirinin təşkili” layihəsi çərçivəsində mina qurbanlarının amputant futbol oyununu izləyəcəklər.

Yekunda Azərbaycan Prezidenti İlham Əliyevə QHT-lərin müraciəti qəbul olunacaq.

Sonda isə bədii hissə ilə yekunlaşacaq.

QHT Agentliyinin donorluğu ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi”nin istehsalı olan “Böyük Qayıdış” prosesinə həsr olunmuş “Sabaha doğru” sənədli filminin də həmin gün təqdimatı keçiriləcək.

Fuad Nazimoğlu Zəfər günü Gəncə QHT-lərin Əməkdaşlıq Forumu

Mənbə: apa.az

Xəbər Lenti