Şənbə, 7 Noyabr, 2026
Tarix: 07 Nov 2026 11:30
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 343,83 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 10% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 3 335,05 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 10,1% azalma deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda 4 911,88 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 7,1% azdır.
2025-ci ildə Azərbaycanda istehsal edilən qaz kondensatının 4 903,5 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 7,12% azalma deməkdir.
Emil İsmayılov Dövlət Statistika Komitəsi qaz kondensatı hasilatMənbə: apa.az