Ukrayna Bryansk vilayətində Rusiyanın iki “İskəndər” raket kompleksini vurub

Ukrayna Bryansk vilayətində Rusiyanın iki “İskəndər” raket kompleksini vurub

Tarix: 07 Nov 2026 17:03

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiya ordusunun iki “İskəndər” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu, həmçinin “Pantsir-S1” zenit-raket və artilleriya kompleksini vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna tərəfi qeyd edib ki, bu qurğuların sıradan çıxarılması Rusiya ordusunun Ukrayna şəhərlərinə ballistik raket zərbələri endirmək imkanlarını azaldır.

İlqar Xudiyev Rusiya Ukrayna “İskəndər” operativ-taktiki raket kompleksi Pantsir-S1

Mənbə: apa.az

Xəbər Lenti