Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Tarix: 07 Nov 2026 14:18

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Ordusunun Hərbi Dəniz Qüvvələri bu gün səhər Hörmüz boğazının şərqində dəniz minasına düşən neft tankerində yanğın baş verdiyini və gəminin hərəkətsiz qaldığını açıqlayıb.

Bildirilib ki, qayda pozuntusuna yol vermiş tanker dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadan qadağan olunmuş və təhlükəli ərazidə hərəkət edib, həmçinin naviqasiya sistemlərini söndürüb.

İran Ordusu əlavə edib ki, xəbərdarlıqlara məhəl qoymayaraq qadağan olunmuş ərazilərdə hərəkət edən bütün qayda pozuntusuna yol vermiş gəmiləri eyni aqibət gözləyir.

Haşim Rahimi Hörmüz boğazı

Mənbə: apa.az

Xəbər Lenti