Bazar, 8 Noyabr, 2026
Tarix: 07 Nov 2026 22:02
Türkiyə Super Liqasında XI turun növbəti oyunu keçirilib.
Apasport.az xəbər verir ki, lider “Qalatasaray” doğma meydanda ən yaxın izləyicisi “Amed”i qəbul edib.
RAMS Park stadionunda keçirilən qarşılaşma İstanbul təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Rafael Leao 7-ci dəqiqədə hesabı açıb. İlk hissənin sonunda qonaqların qapıçısı Alban Lafont avtoqol müəllifi olub.
59-cu dəqiqədə Aleksey Batrakov fərqi üç topa çatdırıb. Lakin “Amed” 62-ci dəqiqədə Dia Saba, 65-ci dəqiqədə isə Gift Orbanın qolları ilə hesab arasındakı fərqi minimuma endirib.
80-ci dəqiqədə Barış Alper Yılmaz “Qalatasaray”ın dördüncü qolunu vurub. Qonaqların heyətində Yira Sor 90+2-ci dəqiqədə fərqlənsə də, bu, komandasını məğlubiyyətdən xilas etməyib.
Bu nəticədən sonra “Qalatasaray” xallarının sayını 28-ə çatdıraraq liderliyini möhkəmləndirib. “Amed” isə 23 xalla ikinci pillədə qərarlaşıb.
ApaSportMənbə: apa.az