Ayzenkot: Likud və müttəfiqləri birlik hökuməti istəyirlərsə, ekstremistlərlə ittifaqı pozmalıdırlar

Ayzenkot: Likud və müttəfiqləri birlik hökuməti istəyirlərsə, ekstremistlərlə ittifaqı pozmalıdırlar

Tarix: 07 Nov 2026 23:25

İsrailin müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkot bildirib ki, Likud və onun müttəfiqləri birlik hökuməti qurmaq istəyirlərsə, ekstremistlərlə ittifaqı dayandırmalı və onun rəhbərlik edəcəyi hökumətə qoşulmalıdırlar.

APA xəbər verir ki, Ayzenkotun sözlərinə görə, belə bir hökumətin qurulması üçün Likudun mövcud müttəfiqləri ilə siyasi əməkdaşlığına son qoyması vacibdir.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl ölkədə birlik hökumətinin yaradılmasının vaxtı çatdığını bildirib.

Ayzenkot İsrail Prezidenti İsxak Hersoqla keçirilən məsləhətləşmələrdə 120 deputatdan 67-nin dəstəyini qazanıb.

Prezidentin bazar günü yeni hökuməti formalaşdırmaq üçün namizədin adını açıqlaması gözlənilir.

Mənbə: apa.az

Xəbər Lenti