ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 150 mlrd. manata yaxınlaşır

Tarix: 18.07.2024 15:02

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü il 1 iyul tarixinə ümumi 149 541,4 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Bu barədə "APA-Economics" Dövlət Neft Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 6 390,5 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Əlavə etmək lazımdır ki, 22024-cü il iyun ayının 30-na ARDNF-nin aktivləri ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 3,4% artaraq 58 mlrd. 6 mln. dollar təşkil edib.

Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

Xəbər Lenti