Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 18 Jul 2024 18:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın 45-ci prezidenti və hazırda prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb.
APA NTV-yə istinadən xəbər verir ki, danışıq zamanı Trampa qarşı sui-qəsd cəhdi və ondan sonra baş verənlər müzakirə edilib.
Prezident Ərdoğan danışıq zamanı Trampa qarşı sui-qəsdi bir daha pisləyib, hücumdan kədərləndiyini bildirib və tezliklə sağalmasını arzulayıb.