Bazar, 15 Noyabr, 2026
Tarix: 08 Nov 2026 20:23
Qarabağ zəfərinin 6-cı ildönümü münasibətilə İstanbulda yerləşən “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Zəfər Günü münasibətilə xüsusi işıqlandırılan körpüdə Azərbaycan bayrağı əks olunub. Görüntülər şəhər sakinləri tərəfindən mobil telefonlarla lentə alınıb.
Dəryanur CəfərovaMənbə: apa.az