Pezeşkian Yaponiyanın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

Pezeşkian Yaponiyanın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

Tarix: 12 Aug 2026 22:41

“İran regionda heç bir halda iğtişaş yaratmağa çalışmayıb”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı zamanı deyib.

Yaponiyanın Baş nazirinə müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı Tokionun müsbət mövqeyinə görə təşəkkür edən Pezeşkian ABŞ və İsrailin İrana təcavüzünün, İranın Ali Rəhbərinin və çoxsaylı mülki şəxslərin öldürülməsinin, həmçinin infrastrukturun dağıdılmasının regionda sülh və sabitliyi pozduğunu bildirib.

Pezeşkian qeyd edib ki, İran heç bir halda beynəlxalq hüquq normalarından kənara çıxmayıb və daim qonşularla münasibətləri yaxşılaşdırmağa çalışıb.

Yaponiyanın Baş naziri isə telefon danışığı zamanı müharibənin başa çatdırılması üçün diplomatik vasitələrin dəstəkləndiyini vurğulayıb və bunu İranın və regionun uzunmüddətli maraqlarına uyğun addım kimi qiymətləndirib.

Takaichi daha sonra İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlarda əldə olunan irəliləyişi alqışlayıb və danışıqların uğurla başa çatmasından sonra Hörmüz boğazından keçid yolunun mümkün qədər tez açılacağına ümid etdiyini bildirib.

Telefon danışığı zamanı iki ölkənin liderləri dialoqun davam etdirilməsi və münasibətlərin inkişaf etdirilməsi əzmində olduqlarını vurğulayıblar.

Haşim Rahimi İran Yaponiya Pezeşkian

Mənbə: apa.az

Xəbər Lenti