Cümə, 23 Yanvar, 2026
Tarix: 12 May 2024 19:02
Qvatemalada 6,5 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Qvatemala Milli Seysmologi İnstitutu məlumat yayıb.
Yerli vaxtla saat 5.39 radələrində baş verən zəlzələnin ocağı 12,8 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində San-Markos şəhərində xəstəxana binası və dağlıq ərazidəki yolların birində çatlar yaranıb.