- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 19.07.2024 15:20
“Windows 10” əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətinə təsir göstərməyib.
Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
“Bizim fəaliyyətdə heç bir hal yaşanmayıb”, – ADY-dan deyilib.
Qeyd edək ki, “Windows” əməliyyat sisteminin kütləvi nasazlığı qlobal səviyyədə bank, aviaşirkət, media və digər sektorlardakı şirkətlərin fəaliyyətinə mane olub.