Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Tarix: 09 Nov 2026 13:01

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib.

APA xəbər verir ki, bu barədə onun “X” hesabında paylaşım edilib.

“Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və milli kimliyinin rəmzi olan Dövlət Bayrağı Gününün qeyd olunmasında Azərbaycan xalqına qoşulur”,- Kuyundziç qeyd edib.

Toğrul Quluzadə Azərbaycan Aİ Avropa İttifaqı Dövlət Bayrağı Günü Mariyana Kuyundziç

Mənbə: apa.az

Xəbər Lenti