Ust-Luqa limanına dron hücumunun qarşısını almağa çalışan rusiyalı pilotların həlak olduğu bildirilir

Ust-Luqa limanına dron hücumunun qarşısını almağa çalışan rusiyalı pilotların həlak olduğu bildirilir

Tarix: 11 Nov 2026 18:40

Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanına noyabrın 11-nə keçən gecə dron hücumunun qarşısını almağa çalışan Rusiya hərbi aviasiyası Ka-52 döyüş helikopterini itirib.

APA xəbər verir ki, bu barədə "RBC-Ukraine" nəşri Rusiya teleqram kanallarına istinadən məlumat yayıb.

Rusiya hərbi bloqeri İlya Tumanov “Fighterbomber” teleqram kanalında Sankt-Peterburqun hava məkanının müdafiəsi zamanı rusiyalı pilotların həlak olduğunu bildirib. O, hadisənin təfərrüatlarını açıqlamayıb.

Digər Rusiya teleqram kanalları isə 11 noyabra keçən gecə ümumilikdə 3 helikopterin ekipajı ilə birlikdə itirildiyini iddia edir.

İlqar Xudiyev Rusiya Ukrayna helikopter itkisi K52

Mənbə: apa.az

Xəbər Lenti