Çərşənbə, 11 Noyabr, 2026
Tarix: 11 Nov 2026 18:54
KTMT-nin Moskva sammitində Ermənistanın təşkilatdan çıxarılması məsələsi qaldırılmayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov bildirib.
Onun sözlərinə görə, İrəvanın səsvermə hüququndan məhrum edilməsinə dair qərara baxmayaraq, Ermənistanın KTMT-dən çıxarılması məsələsi qaldırılmayıb.
Masadıkov onu da bildirib ki, Ermənistan üzvlük haqqını ödəsə, KTMT-də səsvermə hüquqlarını bərpa edə biləcək.
Qeyd edək ki, bu gün Kremldə keçirilən Kollektiv Təhlükəsizlik Şurasının iclasında KTMT ölkələri təşkilatın nizamnaməsinin 25-ci maddəsinə əsasən, Ermənistanı səsvermə hüququndan və təşkilatda yüksək vəzifələrə nümayəndələrini təyin etmək hüququndan məhrum edib.
Fərid Əkbərov KTMTMənbə: apa.az