Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 07 Apr 2026 11:17
StudyCare “International Education Fairs Spring 2026” adlı beynəlxalq təhsil sərgisini Azərbaycanda təşkil edəcək.
APA xəbər verir ki, tədbir çərçivəsində müxtəlif ölkələrdən nüfuzlu universitetlər və dil məktəbləri iştirak edəcək.
İştirakçılara bakalavr, magistr və dil proqramları barədə məlumat veriləcək, həmçinin təqaüd və maliyyə dəstəyi imkanları ilə bağlı məsləhətlər təqdim olunacaq.
Sərgi zamanı tələbələr akademik nümayəndələrlə birbaşa ünsiyyət qurmaq, panel müzakirələrdə iştirak etmək və təhsil-karyera imkanlarını genişləndirmək imkanı əldə edəcəklər.
Tədbirdə iştirak ödənişsizdir və maraqlananlar rəsmi sayt üzərindən qeydiyyatdan keçə bilərlər.
Təşkilatçılar iştirakçıları sosial media hesablarını izləməyə və yenilikləri rəsmi platformalar vasitəsilə əldə etməyə çağırır.