Gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verildiyi halların sayı artırılıb

Gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verildiyi halların sayı artırılıb

Tarix: 23 Jul 2024 12:51

Gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verildiyi hallar artırılıb.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.

Beləliklə, bu hallar sırasına aşağıdakılar əlavə edilib:

- malların buraxılışı həyata keçirildikdən sonra 3 (üç) il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda;

- gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;

- aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;

- yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

Gömrük auditi nəticəsində malların düzgün gömrük proseduru altında yerləşdirilməməsi müəyyən edildikdə gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv ediləcək.

Mənbə: apa.az

Xəbər Lenti