Rusiya “OPEC+” çərçivəsində hasilatın kompensasiya cədvəlini hazırlayacaq

Tarix: 23.07.2024 16:10

Rusiya “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində neft hasilatında lazımi azalmalara demək olar ki, nail olub, çatışmayan həcmlər isə kompensasiya olunacaq.

“APA-Economics”- in “TASS”-a istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, Rusiyanın Energetika Nazirliyi hasilatın kompensasiya cədvəlini hazırlayacaq.

“Energetika Nazirliyi qrafik tərtib edəcək, müvafiq barellər gələcək həcmlərlə kompensasiya olunacaq”, - Aleksandr Novak qeyd edib.

Xəbər Lenti