ABŞ-da bütün hava limanlarından uçuşlar dayandırılıb, 10 mindən çox reys gecikir

ABŞ-da bütün hava limanlarından uçuşlar dayandırılıb, 10 mindən çox reys gecikir

Tarix: 14 Nov 2026 04:16

ABŞ-da aviasiya sistemində yaranan texniki nasazlıq səbəbindən ölkənin bütün hava limanlarından uçuşların müvəqqəti dayandırıldığı bildirilir.

CNN telekanalının ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumatına görə, buna Çikaqonun Miduey hava limanında şəbəkə marşrutlaşdırıcısında yaranan nasazlıq səbəb olub.

Bildirilib ki, milli hava məkanının idarəetmə sistemində rabitə tezlikləri ilə bağlı problemlər yaranıb. Aviasiya qurumları təhlükəsizlik məqsədilə uçuşların dayandırılması barədə qərar qəbul ediblər.

Məlumata əsasən, texniki nasazlıq nəticəsində ölkə üzrə 10 mindən çox aviareys gecikib.

Qeyd olunur ki, sistemin fəaliyyəti yaxın vaxtlarda bərpa edilməzsə, bəzi ABŞ aviaşirkətləri cümə günü uçuşları tamamilə dayandıra bilər.

ABŞ uçuşlar hava limanları aviasiya FAA CNN Çikaqo Miduey hava limanı texniki nasazlıq aviareyslər

Mənbə: apa.az

Xəbər Lenti