Şənbə, 14 Noyabr, 2026
Tarix: 14 Nov 2026 09:25
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcəyini bildirib.
APA xəbər verir ki, Paşinyan Rusiyaya dekabrın 3, 11 və 22-də səfər edəcəyini deyib.
“Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyimizə ümid edirəm”, – Paşinyan bildirib.
Qeyd edək ki, dekabrın 11-də Moskvada Avrasiya İqtisadi İttifaqının hökumət başçıları səviyyəsində Hökumətlərarası Şuranın iclası keçiriləcək. Dekabrın 21-də isə Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq.
Paşinyan Ermənistan RusiyaMənbə: apa.az