Şənbə, 14 Noyabr, 2026
Tarix: 14 Nov 2026 10:36
ABŞ və Kanada ticarət müqaviləsi imzalamağa doğru irəliləyiş əldə edib.
“Reuters”in xəbərinə görə, bunu Kanadanın Baş naziri Mark Karni deyib.
O, ABŞ prezidenti Donald Trampla uzun və hərtərəfli fikir mübadiləsi apardığını, iki ölkənin ticarət müqaviləsi imzalamaq yolunda irəli addım atdığını bildirib.
Karney əlavə edib ki, Kanada NATO-dan ayrılmaq niyyətində deyil və Avropanın təhlükəsizlik arxitekturası yalnız azad Avropa və NATO tərəfindən təyin edilə bilər, Rusiya tərəfindən yox.
Qeyd edək ki, ABŞ və Kanada arasında ticarət böhranı 2025-ci ilin fevralında ABŞ Prezidenti Donald Trampın Kanada mallarına yüksək gömrük rüsumları tətbiq etməsi ilə başlayıb.
Toğrul Quluzadə Kanada ABŞ ticarət razılaşması Mark Karni Donalıd TrampMənbə: apa.az