Şənbə, 14 Noyabr, 2026
Tarix: 14 Nov 2026 04:53
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə görüşməyi planlaşdırır.
“Reuters” və “Associated Press” agentliklərinin məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tramp görüş zamanı nüvə silahlarının azaldılması məsələsini müzakirə etmək niyyətindədir.
Bununla belə, Ağ Ev rəsmisi ABŞ-ın bu istiqamətdə hər hansı razılaşmanın əldə olunacağını gözləmədiyini qeyd edib.
Xatırladaq ki, Tramp daha əvvəl də Putin və Si Cinpinlə nüvə silahlarına nəzarət məsələlərini müzakirə etmək niyyətində olduğunu açıqlamışdı.
ABŞ Donald Tramp Vladimir Putin Si Cinpin Çin Rusiya APEC nüvə silahları silahsızlanma Şençjen
Mənbə: apa.az