Çərşənbə axşamı, 17 Noyabr, 2026
Tarix: 16 Nov 2026 12:26
Rusiya və Ukrayna böyük əsir mübadiləsinə hazırlaşır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya ombudsmanı Yana Lantratova bildirib.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında baş tutan üçtərəfli danışıqların yekununda genişmiqyaslı əsir mübadiləsi barədə razılıq əldə olunub.
Rusiya ilə Ukrayna arasında ən son əsir mübadiləsi bu oktyabrın 23-də baş tutub. Moskva və Kiyev 270-in 270-ə nisbətində əsir mübadiləsi həyata keçiriblər.
Fərid Əkbərov Rusiya Ukrayna əsir mübadiləsi
Mənbə: apa.az