Çərşənbə axşamı, 17 Noyabr, 2026
Tarix: 17 Nov 2026 01:08
İsrail ordusu Qəzza sektorunun müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində HAMAS-ın silahlı qanadına məxsus bölmələrin dörd komandirinin öldürüldüyünü bildirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF)mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, Cəbaliya bölgəsində həyata keçirilən hücum zamanı HAMAS-ın “Qərbi Cəbaliya” batalyonunun taqım komandiri Muamen Razek Şanqdali öldürülüb.
İsrail ordusu digər əməliyyatlarda 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumda iştirak etdiyi bildirilən taqım komandiri Hüssam Salehin və daha iki dəstə komandirinin də öldürüldüyünü açıqlayıb.
IDF iddia edir ki, həmin şəxslər İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlar hazırlayır, həmçinin HAMAS-ın hərbi potensialının bərpası ilə məşğul olublar.
İsrail tərəfi onların atəşkəs rejimini sistematik şəkildə pozduğunu da bildirib.
HAMAS-ın açıqlamaya münasibəti barədə məlumat verilməyib.
İsrail Qəzza HAMAS Cəbaliya hərbi əməliyyat atəşkəs Yaxın Şərq
Mənbə: apa.az