ABŞ-ın üçüncü aviadaşıyıcısı Yaxın Şərqə gəlib

ABŞ-ın üçüncü aviadaşıyıcısı Yaxın Şərqə gəlib

Tarix: 17 Nov 2026 00:03

ABŞ-ın üçüncü aviadaşıyıcısı Yaxın Şərq regionuna gəlib. Bu, Vaşinqtonun İranla gərginlik fonunda bölgədəki hərbi mövcudluğunu gücləndirdiyi bir vaxta təsadüf edir.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" hesabında paylaşım edib. Məlumataa görə, “USS Theodore Roosevelt” (CVN-71) aviadaşıyıcısı noyabrın 15-də Hind okeanından keçərək komandanlığın məsuliyyət zonasında fəaliyyətini davam etdirib.

Bildirilib ki, aviadaşıyıcı əvvəlcədən planlaşdırılmış hərbi yerləşdirmə çərçivəsində bölgədədir.

Bu arada “Associated Press” agentliyi ABŞ Prezidenti Donald Trampın İrana qarşı atıla biləcək növbəti addımları nəzərdən keçirdiyini bildirib.

Agentliyin məlumatına görə, Vaşinqton Tehranla bağlı mümkün fəaliyyət variantlarını qiymətləndirir.

ABŞ İran Donald Tramp CENTCOM USS Theodore Roosevelt aviadaşıyıcı Yaxın Şərq Ərəbistan dənizi Hind okeanı Associated Press hərbi qüvvələr

Mənbə: apa.az

Xəbər Lenti