Naxçıvanda yeni xidmət mərkəzi vergi ödəyicilərinin istifadəsinə verilib

Tarix: 26.07.2024 17:32

Naxçıvan Muxtar Respublikasının (MR) Babək şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bununla əlaqədar Naxçıvan MR-ə səfər edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli və onu müşayiət edən şəxslər, eləcə də Naxçıvan MR iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimi və mərkəzlə tanışlıq olub.

Ən son texnoloji yeniliklər, elektron növbə və müasir xidmət avadanlıqları ilə təmin olunan mərkəzə müraciət edən vergi ödəyicilərinə xidmət prosesi əyani şəkildə göstərilib.

Xəbər Lenti