Fatih Birol: Hazırkı böhran enerji təhlükəsizliyini formalaşdıracaq seçimləri kölgədə qoymamalıdır

Fatih Birol: Hazırkı böhran enerji təhlükəsizliyini formalaşdıracaq seçimləri kölgədə qoymamalıdır

Tarix: 19 Nov 2026 16:55

Enerji sektoru və qlobal iqtisadiyyat Hörmüz boğazı böhranına baxmayaraq dayanıqlılıq nümayiş etdirsə də, böhran uzandıqca onun təsirləri daha da dərinləşəcək.

“APA-Economics” Beynəlxalq Enerji Agentliyinə (BEA – IEA) istinadən xəbər verir ki, bunu Agentliyin icraçı direktoru Fatih Birol bildirib.

“Hörmüz boğazı böhranı sistemə böyük zərbə vurub. Enerji sektoru və qlobal iqtisadiyyat əhəmiyyətli dayanıqlılıq nümayiş etdirsə də, böhran nə qədər uzun müddət davam edərsə, onun təsirləri də bir o qədər dərin olacaq", - Fatih Birol qeyd edib.

O, dünya energetikasının əvvəlki vəziyyətinə qayıtması üçün hər hansı inandırıcı yol görmədiyini bildirib.

Fatih Birol vurğulayıb ki, hazırkı böhranın yaratdığı təzyiqlər qarşıdakı onilliklər ərzində enerji təhlükəsizliyini, dayanıqlılığı və rifahı formalaşdıracaq seçimləri kölgədə qoymamalıdır:

“Ölkələr öz resurslarını, mövcud şəraitlərini və prioritetlərini əks etdirən fərqli yollar seçəcəklər. Lakin onların hamısı daha etibarlı, qiymət baxımından əlçatan və dayanıqlı enerji sisteminin qurulmasında, eləcə də bu məqsədə nail olmaq üçün səmərəli əməkdaşlıqda maraqlıdır”.

Emil İsmayılov BEA IEA Fatih Birol Hörmüz boğazı enerji sektoru qlobal iqtisadiyyat

Mənbə: apa.az

Xəbər Lenti