- , 22 Dekabr, 2024
Tarix: 28.07.2024 17:53
Ölkə ərazisində müşahidə olunan hava haqqında məlumat yayılıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə əksər rayonlarda yağıntılarda fasilə yaranıb. Şərur, Gədəbəy, Göygöl, Şəmkir, Oğuz, Ağstafa, Şəki, Zaqatala, Quba, Xaçmaz, Xınalıq, Yevlax, Kürdəmir, Göyçay, Lənkəran, Astara, Cəfərxan, Ağcabədi, İsmayıllı, Xaltanda isə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
APA xəbər verir ki, bunu Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda, Türyançayda, Qudiyalçayda, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda, Tərtərçayda, Bəsitçayda, Tutqunçayda, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda, Viləşçayda və Təngərüdçayda artım qeydə alınıb.
“Yağan leysan xarakterli yağıntılar nəticəsində Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan,Oğuz rayonu ərazisindən axan Əyriçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan sel keçir”.
G.Abbasova qeyd edib ki, Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20 m/s-yə çatıb.